“Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Litva klubu “Panevejis” və ya Qazaxıstan komandası “Ordabasi” Azərbaycan çempionunun 3-cü mümkün rəqibi ola bilər.
Adıçəkilən klubların yer alacağı səbət daha əvvəl qeyri-müəyyən idi. Onların püşkatma zamanı səpələnməmişlərdə qərarlaşacaqları artıq dəqiqləşib.
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
- Rafael Ağayevin anasının adına Afrikada bulaq açıldı - VİDEO
- Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
- “Cərimə meydançasında bitiriciliyimiz çatmırdı“ - Krunoslav Renduliç
- Roman Qriqorçuk: "Rafael Quzzo maraqlı futbolçudur"
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ