ÇL: Həftənin oyunçusu bəlli oldu
30.04.2026 - 17:44
ÇL: Həftənin oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, matçlardan sonra həftənin futbolçusu adına aydınlıq gəlib.

Bu mükafata PSJ-dən Usman Dembele layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı oyunçu səsvermədə “Atletiko”dan Antuan Qrizmannı qabaqlayıb.

Qeyd edək ki, Dembele "Bavariya"ya qalib gəldikləri oyunda (5:4) iki qol vurub və bir məhsuldar ötürmə edib.