“Mançester Siti” tarixində ikinci dəfə Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb.
Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” turnirin yarımfinalında son qalib “Real”ı mübarizədən kənarlaşdırıblar.
Bütün turnirlər daxil olmaqla evdə ardıcıl 15 oyunda qələbə qazanan meydan sahibləri seriyanı “Real”la görüşdə də davam etdiriblər. Hər hissədə iki qol vuran Qvardiolanın komandası rəqibi ağır məğlubiyyətə uğradıb. Nəticədə iyunun 10-da İstanbulda keçiriləcək həlledici oyunda “Mançester Siti” və “İnter” üz-üzə gələcək.
Qeyd edək ki, “Mançester Siti” 2021-ci ildə ÇL-in finalında “Çelsi”yə uduzmuşdu.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
“Mançester Siti” – “Real” – 4:0
İlk oyun – 1:1
- Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”
- “Orhus” – “Sabah” oyunu gec start götürəcək - Başlama saatı dəyişdirildi
- Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- Millimizin Danimarka ilə oyun üçün heyəti açıqlanıb