Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından öncə qonaqların futbolçusu Daniele Ruqani mətbuat konfransında iştirak edib.
- “Qarabağ”ı necə xarakterizə edərdiniz?
- Onların oyunlarına baxmışıq. “Qarabağ”ı ciddi təhlil etmişik. Onlar güclü komandadır. Təhlükəli rəqibdir. Onların Avropada böyük təcrübəsi var.
- Sabah bütün oyunu oynamağa hazırsınız?
- Bakıya qələbə üçün gəlmişik. Çətin olacaq, amma oynaya bildiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, komandaya nəticə əldə etməyə kömək edə biləcəm.
- Dünən hava limanında probleminiz olub?
- Elektron viza ilə bağlı problem yaranıb. Viza səhv doldurulub. Bakı hava limanında üç saat qaldım.
- Donnarummanın son durumu məlum olub
- Çimərlik futbolu üzrə milli komandamızın heyəti açıqlanıb
- Mundialların unikal “11-liy”i - moizəçi, poçtalyon, alkaş, yazıçı...
- Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO
- “Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə