Avstraliya yığması son 12 ildə dünya çempionatında ilk qələbəsini qazanb.
Apasport.az saytının məlumatına görə, bu, Qətərdə təşkil olunan DÇ-2022-nin qrup mərhələsinin II turunda Tunislə görüşdə (1:0) baş verib.
Komanda buna qədər axırıncı dəfə DÇ-2010-un qrupunun III turunda Serbiyaya qalib gəlmişdi (2:1). Avstraliya həmin qarşılaşmadan bəri mundiallardakı ardıcıl 7 matçda qalib gələ bilməyib - 6 məğlubiyyət, 1 heç-heçə.
Avstraliya yığması həm də dünya çempionatları tarixində 3-cü qalibiyyətinə sevinib. Bu komanda ilk dəfə 2006-cı ildəki mundialda Yaponiyanı (3:1) məğlub edib.
Qeyd edək ki, Qrem Arnoldun yetirmələri qrupda son oyununu noyabrın 30-da Danimarkaya qarşı keçirəcək.
- “Neftçi”dən məktəblilərlə görüş - VİDEO
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Abraham “Qalatasaray” dedi, Adalı cavabladı: “Ən köklü bizik!”
- PSJ keçmiş sahibi İtaliyada klub almaq istəyir
- Azərbaycanın taekvondo millisi Özbəkistandakı təlim-məşq toplanışını başa vurub