Argentina yığmasının heyətində dəyişikliklər edilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Lionel Skaloni açıqlayıb.
Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşündən (5:0) sonra çalışdırıcı DÇ-2022-nin iştirak ərizəsində dəyişiklik edə biləcəyini istisna etməyib: “Bəzi xırda problemlərimiz var. Dünya çempionatı üçün iştirak ərizəsi ilə bağlı məsələnin həllinə hələ vaxt var. Siyahıda dəyişikliklər edə bilərik. Demirəm ki, kimlərsə siyahıdan silinəcək. Bir neçə oyunçu hazır olmadığı və ya iştirak riski daşıdığı üçün BƏƏ ilə görüşdə oynamadı. Onların bəziləri dəyişdirilə bilər”.
Yayılan məlumata görə, Nikolas Talyafiko, Nikolas Qonzales, Alexandro Qomes və Kristian Romero heyətdən kənarlaşdırıla bilər.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də başlayacaq. Argentina qrupda Polşa, Meksika və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
- Erik Ramos: “Bu, “Neftçi” üçün mövsümdə yaxşı tituldur” - MÜSAHİBƏ
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
- “Siti” ötən il transferlərə ən çox pul xərcləyən klub olub
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ
- Millimiz təlim-məşq toplanışına Göygöldə start verib