Bukmeker kontorları Qətərdə keçirilən dünya çempionatında iştirakçıların ən məhsuldar komanda olmaq şanslarını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, hazırda buna ən yaxın hesab olunan yığma İngiltərədir.
Bu da onların qrup mərhələsinin ilk oyununda İranın qapısından 6 top keçirməsindən (6:2) qaynaqlanır. Qaret Sautqeytin yetirmələrinin DÇ-2022-də ən çox fərqlənən komanda olmaq ehtimalı 26 faizlə göstərilib.
İkinci pillədə Braziliya yığmasıdır. Onu Fransa və Argentina izləyir. Sıralamanın növbəti yerlərində müvafiq olaraq İspaniya, Almaniya, Niderland və Belçika qərarlaşıb.
Ən aşağı şansa malik yığmalar Avstraliya, İran, Qətər və Kosta-Rikadır.
- Azərbaycan Kuboku: "Neftçi" səfərdə ən çox qələbə qazanan komandadır
- "Antverpen"dən "Atletiko"ya
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurublar
- Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“