Bu gün Qətərdə keçirilən DÇ-2022-nin A qrupunda ilk tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, qrupun ikinci matçında Seneqalla Niderland üz-üzə gəlib.
Qrupun favoriti olan “narıncılar” Afrika təmsilçisi ilə matçda daha şanslı hesab olunurdu. Əsas ulduzu Sadio Maneni itirən seneqallılar güclü rəqiblə qarşılaşmada uduzmamaq üçün mübarizə aparırdı. Lakin afrikalılar bunun öhdəsindən gələ bilməyib. Matçın sonlarına yaxın qollar vuran avropalılar 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, qrupun bir gün əvvəl keçirilən ilk görüşdə Ekvador Qətərə 2:0 hesabı ilə qalib gəlib.
DÇ-2022, qrup mərhələsi
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:2
Qollar: Kodi Qakpo, 84, Deyvi Klaassen, 90+9
- Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı
- Yaşar Kamal Uğurlu hakimliklə vidalaşıb
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Quliyevə cəza İntizam Komitəsinin sədri olmadan qəbul edilib
- Əsas millimizin ardınca onlar da bunu bacardı - YENİLƏNİB