DÇ-2022-yə daha bir vəsiqənin sahibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qitələrarası pley-offda Avstraliya və Peru arasındakı matç 31-ci vəsiqənin sahibini müəyyənləşdirib.
Asiya və Cənubi Amerika təmsilçiləri mundialın keçiriləcəyi Qətərdə qarşılaşıb. “Ahmad bin Ali” stadionundakı görüşün 120 dəqiqəsində qapılara qol vurulmadığından, penaltilər seriyasına müraciət olunub. Həlledici zərbələri daha dəqiq yerinə yetirən avstraliyalılar (5:4) dünya çempionatına vəsiqə qazanan tərəf olub.
Avstraliya mundialın D qrupunda Fransa, Danimarka və Tunislə mübarizə aparacaq.
Qeyd edək ki, DÇ-2022-yə vəsiqə uğrunda son pley-off oyunu bu gün Kosta Rika ilə Yeni Zelandiya arasında keçiriləcək. Final mərhələsi isə noyabrın 21-dən dekabrın 18-dək baş tutacaq.
- Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- Azərbaycan paracüdoçuları Avropa çempionatında çıxış edəcəklər
- Bayrami tarixə düşdü - Ən erkən qol
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub