Portuqaliya millisinin DÇ-2022 üçün yekun heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, pireneylilərin baş məşqçisi Fernandu Santuş noyabrın 20-də start götürəcək yarışa aparacağı futbolçuları müəyyənləşdirib.
Mütəxəssis komandanın kapitanı Kriştiano Ronaldoya da heyətdə yer verib. O, dekabrın 18-dək davam edəcək çempionatda yığmada olacaq.
Qeyd edək ki, Portuqaliya mundialda Qana, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda yer alıb.
Qapıçılar: Dieqo Kosta, Joze Sa, Rui Patrisio;
Müdafiəçilər: Ruben Diaş, Joao Kanselo, Nuno Mendeş, Dioqo Dalot, Rafael Qerreyro, Pepe, Antonio Silva;
Yarımmüdafiəçilər: Bruno Fernandeş, Bernardo Silva, Ruben Neves, Vitinya, Danilo Pereyra, Joao Palinya, Otavio, Joao Mario, Vilyam Karvalyo;
Hücumçular: Kriştiano Ronaldo, Rafael Leao, Joao Feliks, Mateus Nunyes, Qonsalo Qedeş, Renato Sançeş, Andre Silva.
- Gəncədə Aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 17 yaşlı hücumçu “Real”la “Barselona”nı üz-üzə qoydu
- Şahin Diniyev: “Başqa variantımız qalmayıb” - MÜSAHİBƏ
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
- Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”