DÇ-2026: Ekvador Kurasaoya qarşı - YENİLƏNİR
21.06.2026 - 04:01
DÇ-2026: Ekvador Kurasaoya qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında E qrupunun II tur oyunları davam edir.

Apasport.az xəbər verir ki, turun ikinci oyununda Ekvador millisi Kurasao ilə üz-üzə gəlir. 

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 04:00-da start götürüb. 

Ekvador ilk turda Fil Dişi Sahilinə 0:1 hesabı ilə uduzub. Kurasao isə Almaniya ilə matçda 1:7 hesablı məğlubiyyətlə üzləşib. 

Qeyd edək ki, E qrupunun digər oyununda Almaniya Fil Dişi Sahili ilə qarşılaşıb. 

DÇ-2026
E qrupu, II tur
21 iyun
04:00. Ekvador - Kurasao 0:0