2026-cı il dünya çempionatında H qrupunun II turuna start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyununda İspaniya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Oyun "qırmızı fürya"nın üstünlüyü ilə keçib. Komanda erkən qol vurub. Lamin Yamal səhnəyə çıxıb. Çox keçmədən Mikel Oyarzabal dubla imza atıb.
Matçda son nöqtəni Mark Kukurelya qoyub - 4:0.
Bununla da, İspaniya xallarının sayını 4-ə çatdırıb və qrup lideri olub.
Dünya çempionatı
H qrupu, II tur
21 iyun
08:00. İspaniya - Səudiyyə Ərəbistanı 4:0
Qollar: L. Yamal, 11, M. Oyarzabal, 21, 23, M. Kukurelya, 49
İspaniya: Unai Simon, Pedro Poro, Kubarsi, Laporta, Kukurelya, Pedri, Rodri, Yamal, Olmo, Aleks Baena, Oyarzabal
Səudiyyə Ərəbistanı: Əl Ovais, Saud Abdulhamid, Əl-Tombakti, Lajami, Əl-Əmri, Əl-Harbi, Nasser Davsari, Xaibari, Cuvair, Albrikan, Salem Al-Davsari
- “Qaradağ Lökbatan”dan darmadağın
- İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Azərbaycan millisi 1/4 final matçına çıxacaq
- YANKOVİÇƏ AĞIR CƏZA: 8 OYUN VƏ 22500 MANAT