Depay Van Persiyə çatdı - 50 qol
11.06.2025 - 01:07
Hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən Memfis Depay Niderland millisinin heyətində ən çox qol vuran futbolçu adına şərik olub.
Apasport.az xəbər verir ki, hücumçu DÇ-2026-nın seçmə mərhələsində Malta ilə oyunda dubl edib.
Qarşılaşma, həmçinin Depayın Niderland millisinin heyətində keçirdiyi 102-ci oyun olub. O, bu oyunla yığmadakı qollarının sayını 50-yə çatdırıb.
Bu göstərici ilə 31 yaşlı futbolçu Niderland futbolu tarixinin ən yaxşı bombardiri olan Robin van Persiyə çatıb.
- “Kəpəz” Gəncədə qalib gəldi - YENİLƏNİB
- Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
- Mika Qodz: “Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi” - EKSKLÜZİV
- Zubir "Zirə"nin hansı transferinin keçidində əsas rol oynayıb?
- Şüvəlanda ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək
0
0