Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniya yığmasının futbolçusu Lamin Yamal haqda danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis 18 yaşlı yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirib.
Deşam DÇ-2026-nın qrup mərhələsində İraqla oyundan öncə təşkil olunan mətbuat konfransında Yamalın İspaniya millisinin çıxışına ciddi təsir etdiyini bildirib:
“İspaniya onunla daha güclü komandaya çevrilir. Bu artıq fikir deyil, gördüyümüz reallıqdır. O, oyunun ritmini tam dəyişir, müdafiəçiləri özünə uyğunlaşmağa məcbur edir. Məni ən çox onun yetkinliyi təəccübləndirir. Hələ çox gənc olmasına baxmayaraq, illərlə təcrübəsi olan futbolçu kimi oynayır. İspaniya ondan bu formada istifadə etməyə davam etsə, sadəcə güclü komanda yox, turnirin ən təhlükəli komandalarından biri olacaq”.
Qeyd edək ki, Lamin Yamal DÇ-2026-nın II turunda Səudiyyə Ərəbistanı ilə keçirilən matçda qol vurub. İspaniya həmin görüşdə rəqibini 4:0 hesabı ilə məğlub edib.