Di Maria 5 il sonra ilk het-trikini edib
23.02.2023 - 23:24
"Yuventus"un vinqeri Anxel Di Maria son 5 ildə ilk dəfə bir oyunda 3 qol vurub.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Nant”la görüşdə (3:0) het-trik edib. O, 5, 20 və 78-ci dəqiqələrdə fərqlənib və 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Anxel Di Maria sonuncu dəfə 6 fevral 2018-ci ildə Fransa Kubokunda PSJ-nin "Soşo"ya 4:1 hesabı ilə qalib gəldiyi görüşdə het-trik edib. Bundan sonra o heç bir oyunda 3 dəfə qol vura bilməmişdi.
- Adil Hüseynov: “Ümidvaram ki, “Qarabağ” “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyacaq”
- Gimnastlarımızdan Belarusda 7 medal
- Nazim Əliyev: “Mümkünsüz heç nə yoxdur”
- “Çelsi”nin bürünc, “Everton”un Premyer Liqada qalmaq şansı
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0