“Dinamo” Sumqayıtda xalsız qaldı
03.10.2024 - 22:50
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gəliblər.
Görüş minsklilərin üstünlüyü ilə başlayıb. Lakin qonaqlar oyunda dönüş yaradaraq 2:1 hesablı qələbə qazanıb.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçirilib.
- DÇ-2022: Qana yığması Qətərə formasız gəldi
- Valdas Dambrauskas: "Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir"
- Millətlər Liqasında 7 oyun: Portuqaliya evdə, İspaniya səfərdə
- “Totenhem” Emersonla yolları ayıra bilər
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
0
0