Dumfris hamını qabaqladı
01.05.2025 - 10:51
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, ötən gün "Barselona" "İnter"lə qarşılaşıb.
Dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3.
Görüşdən sonra oyunun ən yaxşı futbolçusu bəlli olub. Bu ada milanlıların müdafiəçisi Denzel Dumfris layiq görülüb.
Niderland millisinin üzvü matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, Dumfris 2021-ci ildən "İnter"in şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
- Oduva: “Qarabağ”a niyə bu liqada olduğumuzu göstərməliyik” - MÜSAHİBƏ
- Şəfəq Hüseynlinin rəhbərlik etdiyi komitənin növbəti iclasına Strasburq ev sahibliyi etdi
- Fransada 2 futbolçunun evi Yeni il günü qarət olunub - FOTO
- “Qalatasaray”ın futbolçusu əməliyyat olundu
- "Qarabağ"ın yeni qapıçısı: "Əsas heyətə düşmək üçün hər şeyi edəcəm"
0
0