Dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb
10.05.2025 - 13:09
Qadınlar arasında dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb.
Apasport.az xəbər verir ki, FİFA Şurası bu barədə qərar qəbul edib.
Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə əvvəlki kimi 32 yığma iştirak edəcək.
2031-ci ildəki turnirdə 12 qrup olacaq ki, bu da ümumi oyun sayının 64-dən 104-ə yüksəlməsi deməkdir.
- “Qalatasaray”ın iki futbolçusu 10 oyun diskvalifikasiya oluna bilər
- Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- "Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ
- Mourinyodan Ceko qərarı
0
0