Dünya çempionatları tarixində yeni rekord
24.11.2022 - 17:20
Kamerun millisinin qapıçı Andre Onana dünya çempionatları tarixində cərimə meydançası xaricində topa toxunma sayında yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, qolkiper buna Qətərdə keçirilən DÇ-2022-nin qrup mərhələsinin ilk turunda İsveçrə ilə qarşılaşmada nail olub.
“İnter”in 26 yaşlı dəri əlcək sahibi matç ərzində öz cərimə meydançasından kənarda topa 26 toxunuş edib. Bu isə mundiallarda yeni rekorddur.
Qeyd edək ki, görüş İsveçrənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamerun G qrupunun II turunda noyabrın 28-də Serbiya ilə üz-üzə gələcək.
- “Dinamo”nun baş məşqçisi: "Qarabağ" hücumda və müdafiədə güclü komandadır"
- “Nant”ın baş məşqçisi: “Qarabağ” önünə qələbə arzusu ilə çıxacağıq”
- Güləşçimiz Dünya Çempionatının finalına vəsiqə qazanıb
- “Kimyaçılar” Samir Abasovun ünvanına şüarlar səsləndiriblər
- Kolumbiyalı ÇL tarixinə düşdü: FALKAONU GERİDƏ QOYDU
0
0