Elçin Məsiyev Niderland millisinin oyununu idarə edəcək
05.09.2025 - 12:34
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.
- "Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya
- Daha 4 cüdoçumuz Daşkənddə mübarizəyə başlayır
- Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə
- Kerem Aktürkoğlu “Fənərbaxça”da - RƏSMİ
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
0
0