Əliyar Ağayev Gürcüstan millisinin matçında
28.09.2026 - 10:37
Əliyar Ağayev Gürcüstan millisinin matçında

FIFA referesi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim kimi fəaliyyət göstərəcək.

Görüş sentyabrın 28-də Tbilisidə yerləşən “Dinamo Arena”da keçiriləcək.