Emreli oynadı, “Nürnberq” qələbə qazandı
22.12.2024 - 01:29
Almaniya 2-ci Bundesliqasında XVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" "Braunşveyq"i qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 78-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, "Nürnberq" 22 xalla 11-ci pillədə qərarlaşıb.
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- "Milan"a ispan müdafiəçi
- DÇ-2026 - Yaponiya və Niderlanddan 4 qollu sülh - YENİLƏNİB
- Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat alıb
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
0
0