“Fənərbaxça” “Benfika” ilə bacarmadı
27.07.2025 - 01:11

"Fənərbaxça" 2024-25 mövsümü öncəsi son hazırlıq matçını keçirib.
Apasport.az xəbər verir ki, Türkiyə klubu "Benfika" ilə qarşılaşıb.
Görüşə portuqaliyalılar fəal başlayıb. Kerem Aktürkoğlu hesabı açıb. Çox keçmədən Arçi Braun avtoqol müəllifi olub. "Fənər" ilk hissənin sonunda İrfan Can Kahveci ilə fərqi bir topa endirib.
İkinci yarıda Yussuf En-Nesiri hesabı bərabərləşdirib. Lakin matçın sonlarında Enrike Arauxo "Benfika"ya qələbə qazandıran qolu vurub - 3:2.
0
0