Fəridə Lütfəliyeva UEFA-dan 3 təyinat alıb
01.04.2026 - 16:24
Fəridə Lütfəliyeva UEFA-dan 3 təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

Apasport.a xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.