Millətlər Liqasının VI turunun İsveç - Azərbaycan matçından (6:0) sonra yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
"Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik. Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.
- Avrokubokda maksimum irəliləmək və Azərbaycan çempionluğu - “Azərreyl”in hədəfi
- Cüdoçularımız Valensiyada təlim-məşq toplanışında iştirak edib
- "Qəbələ" 38 yaşlı yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb
- Salah Neymarı əvəzləməyə yaxındır
- “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlandı