FIFA AFFA-ya təşəkkür edib
31.03.2026 - 07:22
"FIFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.
Apasport.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.
C. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Azərbaycan milli komandası "FIFA Series – 2026" turnirinin qalibi olub.
- "Qarabağ" futbolçu seçimləri elan edir
- Qvardiola İlkayın qalmasını arzulayır
- “Beşiktaş”ın ulduzları komandadan qovuldu: Abubakar, Qezzal, Rozier...
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- “Tottenhem”dən “Fiorentina”ya - RƏSMİ
0
0