FIFA-dan növbəti dəyişiklik: KLUB SAYI ARTIRILIR
19.08.2025 - 13:17
FIFA-dan növbəti dəyişiklik: KLUB SAYI ARTIRILIR

FIFA daha bir turnirdə dəyişikliyə getməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Belə ki, klublararası dünya çempionatının iki ildən bir keçiriləcəyi bildirilib.

Qərarın 2029-cu ildən qüvvəyə minəcəyi gözlənilir. Turnirdə iştirak edəcək klub sayının da 32-dən 48-ə qədər artırılması düşünülür.

Yarışda Avropadan (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.

Qeyd edək ki, turnirin son qalibi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən "Çelsi" olub.