FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatı oyunları zamanı əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, italiyalı əfsanəvi hakim mundialda yenilik etdiklərini söyləyib.
Kollina bildirib ki, topun meydanda olmadığı hər dəqiqə hesablanır: “Hamıya topun meydanda olmadığı hər anın vaxta əlavə olunmasını demişik. Aktiv mübarizə istəyirsinizsə, bu cür əlavə dəqiqələrə hazır olmalısınız”.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin oyunlarına 10 dəqiqədən çox vaxtın artırılması komandaların və azarkeşlərin narazılığına səbəb olub.
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- III MDB Oyunları: Stolüstü tennisçimiz gümüş medal qazanıb
- Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina etdi
- 15 dəqiqə dayanan Madrid derbisində qalib müəyyənləşmədi
- “Qarabağ”a qol vurdu, transfer təklifi aldı