İsveçrə - Əlcəzair matçının ən yaxşısı BƏLLİ OLDU
03.07.2026 - 09:27
İsveçrə - Əlcəzair matçının ən yaxşısı BƏLLİ OLDU

İsveçrə və Əlcəzair komandaları arasında keçirilən DÇ-2026-nın 1/16 final mərhələsinin ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada Bril Embolo layiq görülüb.

Rəqibini iki cavabsız qolla üstələyən İsveçrə yığması 1/8 finala vəsiqə qazanıb. Görüşdə ilk qolu Bril Embolo vurub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı iyulun 19-da başa çatacaq.