“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas Qətərdə startı verilən dünya çempionatı ilə bağlı maraqlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, keçmiş qolkiper DÇ-2022-də kimin bombardir olacağını təxmin edib.
O, vaxtilə “Real”da komanda yoldaşı olmuş portuqaliyalı Kriştiano Ronaldonu daha şanslı görüb: “Düşünürdüm ki, “Qızıl buts” Kərim Benzemaya veriləcək. Ancaq zədəsi ilə bağlı mundialdan kənarda qaldığı üçün bu, mümkünsüz görünür. Neymar və ya Lionel Messi mükafatın sahibi ola bilər. Həmçinin Kriştiano Ronaldo da. Deyəsən Ronaldo turnirə qonaq kimi gəlib. “Mançester Yunayted”də etdiyi hər şeydən sonra insanlar onunla hesablaşmır. Amma mən mundialın bombardiri kimi onu seçərdim. Kriştiano hələ də ən yüksək səviyyədə oynaya bilər”.
Qeyd edək ki, Portuqaliya yığması H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.
- Cüdoçularımız DÇ-yə uğursuz start verdi
- Zidan 57 il sonra Braziliya millisinin ilk əcnəbi məşqçisi ola bilər
- Renatın qələbə qolu “Qrasshoppers”ə ilk üç xalı qazandırdı
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- “Sabah” transfer çalışmalarını davam etdirir