Konfrans Liqasında pley-offun püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 24 komandadan 16-sı səkkiz cüt təşkil edib.
Birbaşa 1/8 finala yüksələn 8 kluba rəqib olmaq uğrunda mübarizədə turnirin qrupunda ikinci yeri tutanlarla Avropa Liqasının üçüncüləri üz-üzə gələcək. Azərbaycan çempionu “Qarabağ”, həmçinin qardaş Türkiyə təmsilçisi “Trabzonspor”un rəqibi bəlli olub.
Pley-offun oyunları 2023-cü ildə təşkil olunacaq. İlk matçlar fevralın 16-da, cavab görüşləri 23-də baş tutacaq. Avropa Liqasından Konfrans Liqasına yuvarlananlar ilk matçı evdə keçirəcək.
Konfrans Liqası
Pley-off mərhələsi
“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)
“Latsio” (İtaliya) - ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç) - “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
AEK (Kipr) - “Dnepr-1” (Ukrayna)
“Şerif (Moldova) - “Partizan” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) - “Anderlext (Belçika)
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finala yüksəlib.
- "Qarabağ"ın "Ludoqorets"lə oyunlarına hakim təyinatları açıqlanıb
- İslam Oyunları: Yığmamız Özbəkistanla bacarmayıb
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
- İkinci Liqa: "Qusar" "Ağdaş"a, "Şəmkir" isə "Füzuli"yə qarşı