Kosta-Rikadan 8 illik həsrətə son
27.11.2022 - 17:21
Kosta-Rika millisi mundiallarda 8 illik həsrətə son qoyub.
Apasport.az saytı xəbər verir ki, mərkəzi amerikalılar buna Qətərdə keçirilən dünya çempionatında nail olub.
E qrupunun II turunda Yaponiyanı məğlub edən Luis Fernando Suaresin yetirmələri 3082 gündən sonra analoji turnirdə qələbə qazanıb.
"Üçrənglilər" sonuncu dəfə DÇ-2014-də İtaliya yığmasına 1:0 qalib gəlmişdi. Statistika əsas vaxtda qeydə alınan nəticələr nəzərə alınıb.
Qeyd edək ki, Kosta-Rika millisi növbəti matçını Almaniya seçməsinə qarşı keçirəcək.
- "Neftçi"nin sabiq futbolçusu "Zirə"də
- Gerye Qurbanovun sirlərini açdı: “Ağdamdakı səs yazısını işə saldı və ...” - MÜSAHİBƏ
- Uruqvaya bürünc medal qazandıran oyun - VİDEO
- Azər Bağırov: "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik"
- İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"
0
0