“Qrup mərhələsinə yaxşı münasibətlə yaxınlaşacağıq. Çətin olacağını bilsək də, hər oyuna təbəssümlə çıxacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin kapitanı Robert Levandovski DÇ-2022 ilə bağlı danışarkən deyib.
Ulduz futbolçu eyni qrupda yer aldıqları Argentinanı turnirin əsas favoritləri sırasında göstərib: “Argentina dünya çempionatının əsas favoritlərindən biridir. Onların ən vacib oyunçusu əsl əfsanə olan Leo Messidir. Ona görə də bizi çox çətin oyun gözlədiyinə şübhəm yoxdur. Çoxlu istedadlı oyunçuların olduğu belə yaxşı komanda ilə görüşmək əla olacaq”.
Qeyd edək ki, Polşa DÇ-2022-də ilk oyununu noyabrın 22-də Meksikaya qarşı keçirəcək. Qrupun digər iştirakçısı isə Səudiyyə Ərəbistanı olacaq.
- İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"
- Dünya çempionatında iştirak edəcək güləşçilərimizin SİYAHISI
- "Fənərbaxça"nın forvardı üçün astronomik təklif
- Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
- Emrelinin komandası mübahisəli penalti qolu ilə uduzdu