
Bu gün Afrika Millətlər Kubokunda D qrupunun ilk oyunları çərçivəsində Malavi Efiopiyanı qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, həmçinin UEFA Millətlər Liqasının II turunda Bolqarıstanla Gürcüstan birincilərin meydanında üz-üzə gələcək.
Türkiyəli futbol eksperti Sarper Can Ayaz bu iki görüşlə bağlı fikirlərini bildirib. Malavidən qələbə gözləyən mütəxəssis Avropa komandalarının duelində qarşılıqlı qola inanır.
Efiopiya əvvəlki Afrika Millətlər Liqasında qapısının toxunulmazlığını qorumaqda çətinlik çəkib. Müdafiədəki ciddi problemlər onların irəli getmələrinə mane oldu. Malavi isə ötən turniri uğurlu başlayıb, uğursuz bitirmişdi. Həmin turnirdə də hücumçuları Frank Manqo ön plana çıxmışdı. Komandaların son dönəmlərdəki çıxışlarını və nəticələrini nəzərə alsaq, Malavini bir addım öndə görürəm.
DÇ-2022-nin seçmə mərhələsindəki son iki matçında qələbə qazanan və ardından keçirdiyi hər iki yoldaşlıq görüşündə yaxşı təsir bağışlayan Gürcüstan Millətlər Liqasına da Cəbəllütariq üzərində qələbə ilə başladı. Həmin qarşılaşmada Saba Lobjanidze 2 assistlə diqqət çəkdi. Bolqarıstan isə Şimali Makedoniya üzərində üstünlüyü qoruya bilmədi, mövsümə heç-heçə ilə başlanğıc etdi. Ancaq bolqarların müdafiədəki boşluqları qapıçılarını çox əziyyətə saldı. Bugünkü qarşılaşmada da qarşılıqlı qol imkanlarının çox olacağını güman edirəm.
⚽ Malavi – Efiopiya: 1
⚽ Bolqarıstan – Gürcüstan: Q/Q
- Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
- "Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib
- Blaqoya Milevski: "Azərbaycanla matçda müsbət nəticə qazanacağımıza inanırıq
- Qurban Qurbanov: “Bu bir xalın bizə faydası çox oldu”
- “Sumqayıt”la yollarını ayırdı, sabiq komandasına qayıtdı