
İngiltərə Premyer Liqasında XIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, "Çelsi" Londonda "Mançester Siti"ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
60-cı dəqiqədə meydana buraxılan Riyad Məhrez və Cək Qriliş, demək olar ki, topa ilk toxunuşda fərqlənməyi bacarıblar. 63-cü dəqiqədə Qrilişin ötürməsi ilə Fransa doğumlu Əlcəzair millisinin futbolçusu Riyad Məhrez matçda yeganə qolu vurub. Bu qələbə ilə "Siti" lider "Arsenal"la xal fərqini 5-ə endirib.
Qeyd edək ki, bu komandalar yanvarın 8-də yenidən üz-üzə gələcəklər. Bu dəfə Mançester şəhərindəki qarşılaşma İngiltərə kubokunun 1/16 final matçı olacaq.
- "Neftçi" onunla müqaviləyə xitam verdi
- "Borussiya Dotmund" yeni hücumçusu ilə müqavilə imzalayıb
- Norveç MOK rusların beynəlxalq yarışlara buraxılmasının əleyhinədir
- "Araz-Naxçıvan" braziliyalı müdafiəçi transfer edib
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib