Mbappe üçün xüsusi tur
18.03.2024 - 23:20
Fransa Liqa 1-in 26-cı turunun matçında "Monpelye" doğma meydanda PSJ-yə 2:6 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, görüşdə qonaqların hücumçusu Kilian Mbappe het-trik edib. Bu, onun yerli çempionatda vurduğu qolların sayını 188-ə çatdırmağa və bu turnirdə bütün zamanların bombardiri siyahısında 8-ci yerə yüksəlməsinə səbəb olub. O, Fleuri Di Nallonu (187 qol) qabaqlayıb.
Qeyd edək ki, Fransa millisinin hücumçusu həm də Liqa 1-də PSJ-nin heyətində 200-cü oyununu keçirib.
- "Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- “Nant”ın baş məşqçisi: “Bizim üçün ən önəmlisi çempionatdır”
- Fransa millisinin heyəti açıqlanıb
- Şahin Diniyev: "Qol vəziyyətlərimiz "Neftçi"dən çox idi"
0
0