
Argentina millisinin hücumçusu Lionel Messi Uruqvay millisinin Qətərdə keçirilən dünya çempionatında qrupda qalmasına görə hücumçu Luis Suaresə dəstək olub.
Apasport.az xəbər verir ki, Messi 2014-2020-ci illərdə "Barselona"da komanda yoldaşı olmuş Suaresin göz yaşlarını saxlaya bilməməsi ilə bağlı sosial şəbəkədə yazıb:
“Nə olursa olsun, mən həmişə onların yanındayam. Onların kənarda qaldığını görmək üzücü idi. Futbolda belə olur. Sadəcə qarşıda nələrin olacağını düşünmək lazımdır”.
Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının qrup mərhələsinin III turunda Qana yığmasını məğlub etsə də (2:0), 3-cü yeri tutaraq pley-offa adlaya bilməyib.
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Halil Atlı: "Oyunun qırılma nöqtəsinə gəlməsinin qarşısını ala bildik"
- Uruqvayın "qatillər"i Qətərdən GÖNDƏRİLDİ
- "Neftçi"nin prezidenti: “Regekampfın taleyi finaldan asılı deyil”
- Qurban Qurbanov: “Bizə çox ciddi yanaşırlar”