Millətlər Liqası: Türkiyə İtaliya səfərində - YENİLƏNİR
06.10.2026 - 00:08
Millətlər Liqası: Türkiyə İtaliya səfərində - YENİLƏNİR

Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda Fransa öz meydanında Belçikanı sınağa çəkəcək.

Eyni qrupda yer alan İtaliya isə doğma azarkeşləri önündə Türkiyəni qəbul edəcək. "Ay-ulduzlular" Vinçenzo Montellanın rəhbərliyi altında səfərdən sərfəli nəticə ilə qayıtmağı arzulayır.

Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Millətlər Liqası

Qrup mərhələsi

A Liqası

I qrup 

22:45. Fransa – Belçika 0:1

22:45. İtaliya – Türkiyə 2:1

B Liqası

II qrup

22:45. Ukrayna – Macarıstan 0:1

22:45. Şimali İrlandiya – Gürcüstan 0:0

IV qrup

22:45. Rumıniya – İsveç 0:1

22:45. Bosniya və Herseqovina – Polşa 0:0

C Liqası

II qrup

20:00. Kipr – Latviya 2:1

22:45. Monteneqro – Ermənistan 0:0