Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi
02.12.2022 - 01:35
DÇ-2022-də qrup mərhələsinin III turunun bu gün keçirilən 4 oyunundan sonra daha iki 1/8 final cütlüyü müəyyənləşib.
Apasport.az xəbər verir ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə dekabrın 5-də, Mərakeş isə İspaniya ilə dekabrın 6-da qarşılaşacaq.
Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə – Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək.
- DÇ-2027: Millimizin oyunlarının təqvimi müəyyənləşib
- "Meydanda sona qədər mübarizə aparan Azərbaycan millisi görəcəksiniz"
- Avropa idman bayramına START
- Sabiq "Qalatasaray"lı 45 yaşında karyerasını bitirib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
0
0