UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" "Nyukasl"ın qonağı olacaq.
Apasport.az xəbər verir ki, matçı "ST James Park"da izləmək və təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışa çıxarılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti 115 AZN təşkil edir.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə olunur. Oyun gününə qədər bilet sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
Azərbaycanlı azarkeşlər üçün "ST James Park"da 2466 yer ayrılıb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 25-i Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İngiltərə) saat 20:00-da start götürəcək.
- "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
- Elmar Baxşıyev: "Məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil"
- Millimizin baş məşqçisi: “Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə…”
- Prezidentdən “Qarabağ” – “Nant” matçı ilə bağlı PAYLAŞIM
- AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək