Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, parataekvondoçu Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində çıxış edəcək.
Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı isə Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.
Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final isə 20:10-da başlayacaq.
Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da başlaycaq.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
- "Mançester Siti"nin keçmiş kapitanı və baş məşqçisi vəfat edib
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
- 5 çəkidə Azərbaycanın ən güclü ağırlıqqaldıranları bəlli olub
- Yamal İspaniya millisinin heyətindən çıxarılıb
- De Yonq “Liverpul”un transfer siyahısında