“Braziliya millisinin Avropanın iki təmsilçisi ilə görüşdə necə rahat oynadığını hamı gördü”.
Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos deyib.
25 yaşlı yarımmüdafiəçi beşqat dünya çempionu olan Braziliya millisinin Qətərdə keçirilən DÇ-2022-dəki çıxışını dəyərləndirib. O, Serbiyanı iki, İsveçrəni bir cavabsız qolla məğlub edərək iki turdan sonra 1/8 finala vəsiqəni təmin edən həmyerlilərinin çox güclü olduğu qənaətindədir: “Onların qapısına heç zərbə də getməyib. Nə Serbiya, nə də İsveçrə bunu edə bildi. Bu, Braziliya millisinin gücündən xəbər verir. Həm də, onlar dünya çempionatına çox yaxşı hazırlaşıb”.
Braziliyanı mundialın əsas favotiri sayan Felipe pentakampeonların ulduzu Neymarın zədəli olmasının komandaya təsirinə də toxunub: “Braziliya millisi dünya çempionatının əsas favoritidir. Bu, yəqin ki, hamı üçün belədir. Neymarlı və ya Neymarsız Braziliya böyük favorit olaraq qalır. Dünya çempionu da olacaq gücdədirlər”.
Qeyd edək ki, Braziliya qrupda son matçını sabah Kameruna qarşı keçirəcək.
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
- Dünya çempionatı ev almaq planını pozdu
- Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
- AFFA-dan sərt cəza: 4 oyun