Avropa Liqasında Liqa mərhələsinin sonuncu – səkkizinci turu çərçivəsində keçirilən “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” matçından (3:0) sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bildirib.
“Oyun sona qədər çox dinamik keçdi. Azarkeşlər də yaxşı atmosfer yaratmışdılar. Birinci hissədə hər şey qaydasında idi. Futbolçularımın yaxşı mübarizə aparmaları mənim üçün çox vacib idi. Bu gün bunu gördüm. Təəssüf ki, texniki səhvlər oldu və qapımızda 3 qol gördük. İstənilən halda futbolçularımın yanındayam. Növbəti avrokubok mövsümünə hazırlaşmaq üçün bu oyunlar böyük təcrübə oldu. Avropada futbol get-gedə dəyişir. Biz də növbəti mövsüm üçün böyük fayda əldə etdik”.
- Azərbaycanlı qadın şahmatçı Ermənistan təmsilçisinə qalib gəldi
- “Fehervar”ın baş məşqçisi: “Qəbələ”ni məğlub edənə qədər danışmaq ayıbdır”
- "Barselona" yeni kapitan seçir - əsas namizədin adı açıqlanıb
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- AFFA klubları cəzalandırdı