“Fərqi aradan qaldırmağın yolu yaxşı oynamaq və oyunlarda qalib gəlməkdir".
Apasport.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.
Qvardiola Premyer-liqada çempionluq mübarizəsindən danışıb: "Onlar ("Arsenal") indiyə qədər olduğu kimi oynasalar, 100 və ya daha çox xal qazanacaqlar. Belə davam etsələr, onlara çatmayacağıq.
Mən deyərdim ki, biz indidən mövsümün sonuna qədər demək olar ki, mükəmməl oynamalıyıq və ümid edirəm ki, onlar öz məhsuldarlıqlarını bir qədər aşağı salacaqlar. Çünki dünən "Nyukasl"la oyunda əla idilər. Görək nə olacaq”.
Qeyd edək ki, “Mançester Siti” hazırda lider “Arsenal”dan 8 xal geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- Yazıcı Rusiyaya qayıdır
- Balakəndə Respublika Şahmat Olimpiadasına start verilib - FOTO
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Bundesliqada baş məşqçi istefası