"Real" 5-ci dəfə dünyanın ən güclü komandası oldu
12.02.2023 - 00:59
Madrid "Real"ı Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən final görüşündə "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edib.
3-cü yeri isə Braziliyanın "Flamenqu" komandası tutub. Onlar Misirin "Əl-Əhli" komandasına 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, "Real"ın 5-ci belə uğurudur. İspaniya klubu daha əvvəl 2014, 2016, 2017 və 2018-ci illərdə bu titula yiyələnmişdi.
- "Borussiya" Terziçlə müqaviləni uzatmaq istəyir
- Ronaldo yeni klubu ilə anlaşır - 200 milyon avro maaş
- AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasında Texniki Komitəyə üzv seçilib
- Eddi İsrafilov: “Hiss edirəm ki, formama yaxınlaşıram”
- Pedro Roke: “Hədəf Azərbaycan boks tarixində ilk olimpiya “qızılı”nı qazanmaqdır”
0
0