“Dünya çempionatının finalında Braziliya və ya Neymarı görməyəcəyik. Ona görə də mən Argentinaya azarkeşlik edəcəyəm".
Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin sabiq hücumçusu Rivaldo deyib.
Dünya çempionu mundialın finalında kimə azarkeşlik edəcəyini sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb: "Messi, sənə sözüm yoxdur. Əvvəllər də dünya çempionu olmağa layiq idin. Amma Allah hər şeyi bilir və bu bazar günü sənə mükafat verəcək. Sən bu ada layiqsən”.
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina millisi yarımfinal mərhələsinin Fransa – Mərakeş matçının qalibi ilə qarşılaşacaq.
- Azərbaycan çempionunu braziliyalı hücumçu transfer etdi
- Futbol Federasiyasının keçmiş rəhbəri korrupsiyada ittiham olunur
- Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb
- Voleybolçularımız Latviya və Belarus yığmaları ilə üz-üzə gələcəklər
- Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi