Türkiyə millisinin, "Fənərbağça", "Barselona" və "Beşiktaş"ın sabiq qapıçısı Rüştü Rəçbər Türkiyə Futbol Federasiyasındakı (TFF) işindən ayrılıb.
Apasport.az xəbər verir ki, o, Rıdvan Dilmənlə birgə tədbirlərdən birində olarkən dünən istefa verdiyini açıqlayıb:
"Son 1 ildir ki, orada nə etdiyimi bilmirdim. Hər hansısa bir vəzifəm yox idi. Ayrılmağımla bağlı pis fikrim yoxdur. Mən TFF-də mümkün olduğu qədər xidmət etməyə çalışdım. Xidmət edə bilməyəcəyimizi gördüyünüz zamanlar olur".
Qeyd edək ki, Rüştü Rəçbər 2013-сü ilin avqustundan milli komandalar üzrə baş koordinator vəzifəsində çalışırdı.
- Hakim Ziyeş “Qəbələ”nin futbolçusunun etdiyini təkrarladı - VİDEO
- Laurentsiu Regekampf: "Bakıdakı hesabı qorumağa gəlməmişik"
- "Liverpul" İngiltərə Kuboku ilə vidalaşdı
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
- Kəmaləddin Heydərov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb - FOTO