UEFA Çempionlar Liqasının əsas mərhələsində "Liverpul" "Lill"i məğlub edib.
Apasport.az xəbər verir ki, Premyer Liqa nəhəngi Muhammed Salah və Harvey Elliottun qolları ilə 2:1 hesablı qələbə qazanıb.
Arne Slotun komandası xallarının sayını 21-ə çatdıraraq Çempionlar Liqasının liqa mərhələsini ilk 8-likdə başa vuracağını təmin edib və turnirin 1/16 mərhələsinə vəsiqə qazanıb.
"Liverpul"un ilk qolunu vuran Salah Çempionlar Liqasında 51-ci dəfə fərqlənib. O, bu qolla Avropanın ən nüfuzlu turnirinin bombardirləri arasında 10-cu yeri tutub.
Bu mövsüm "Liverpul"un heyətində 30 matça çıxan Salah 22 qol vurub, 17 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Liqa mərhələsinin son həftəsində "Liverpul" səfərdə PSV ilə qarşılaşacaq. "Lill" öz meydanında "Feyenoord"u qəbul edəcək.
- Avarçəkənlərimiz “MİNGƏÇEVİR REQATASI-2023”də daha 12 medal qazandı
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- II Liqa: XXVI turun oyun cədvəli müəyyənləşib
- Qurban Qurbanov: "Hazırlaşmaq üçün çox vaxtımız olmadı"