Santuş istefa vermədi: Göndərmək AFFA-ya qaldı
06.09.2025 - 01:11
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk matçına çıxıb.
"Misli"nin dəstəyi ilə İslandiyaya ezam olunan apasport.az saytının əməkdaşı xəbər verir ki, yığmamız İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olub.
Görüşdən sonra futbol ictimaiyyəti Fernandu Santuşun istefa verəcəyini gözləsə də, bu, reallaşmayıb.
Mütəxəssis oyunsonrası mətbuat konfransında müqaviləsinin olduğunu və istefa verməyəcəyini bildirib.
Qeyd edək ki, daha öncə AFFA-nın baş katibi Cahangir Fərəcullayev Santuşun istefasını gözlədiyini, verməyəcəyi halda bunu müzakirə edəcəklərini bildirmişdi.
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
- Mourinyo Braziliya millisini çalışdıra bilər
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- Afrikada ən çox ilin futbolçusu seçilənlər
0
0