Serb qapıçı ona hücum edən azarkeşi zərərsizləşdirib - FOTOLENT
24.02.2023 - 01:00
UEFA Avropa Liqasının PSV (Niderland) – "Sevilya" (İspaniya) oyununun son dəqiqələrində insident yaşanıb.
Apasport.az xəbər verir ki, Eyndhoven şəhərində keçirilən matçın son dəqiqələrində niderlandlı azarkeşlərdən biri meydana daxil olub.
O, "Sevilya"nın qapıçısı Marko Dmitroviçə zərbə vurmağa çalışıb. Lakin serbiyalı qolkiper ayıq tərpənərək azarkeşi zərərsizləşdirib. Bundan sonra stüardlar meydançaya daxil olaraq azarkeşi oradan uzaqlaşdırıb.
Qeyd edək ki, PSV bu oyunda 2:0 qalib gəlsə də, İspaniyada 0:3 uduzduğundan, avrokuboklarla vidalaşıb.
- “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək
- Kevin Medina: “Layiqli cavab verə bildik”
- Joze Mourinyo: “Qapıda mən də olsaydım, qol buraxmazdım”
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Yaponiya millisinin üzvü "Luton Taun"da
0
0